İstanbul derbisində “Fənərbağça” və “Beşiktaş” münasibətlərinə aydınlıq gətiriblər.
QafqazTürk xəbər verir ki, Fənərbağçanın meydanında keçirilən qarşılaşma Beşiktaşın 4:2 hesablıq qələbəsi ilə başa çatıb.
Hesabı 41-ci dəqiqədə penaltidən “Fənərbağça”nın futbolçusu Enner Valensiya açsa da ikinci hissədə Cenk Tosunun dublu, Natan Redmond və Vensan Abubakarın qolları ilə “Beşiktaş” qələbə qazanmağı bacarıb.
“Fənərbağça”nın 2-ci qoluna son dəqiqələrdə İrfan Can Kahveci imza atıb. Qonaq komandada 51-ci dəqiqədə Velinton qırmızı vərəqə ilə meydandan qovulub.
“Beşiktaş” bu qələbə ilə xalını 52-yə çatdırıb. Üçüncü pillədə qərarlaşan “qara qartal” ikinci sırada “Fənərbağça” ilə fərqi ikiyə endirib. Lider “Qalatasaray”ın isə 63 xalı var.