This is a specific ad

“İstanbul bazarı” ərazisində qətl törədən şəxsə ömürlük həbs cəzası verilib

268

Another advertisement

Rustavi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək müttəhimi Rustavidə 4 nəfərin qətlində təqsirli bilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumat prokurorluq tərəfindən yayılıb.

Prokurorluqdan əldə edilən məlumata görə, məhkəmə istintaqı zamanı təqdim edilmiş sübutlarla təsdiq edilib ki, 2024-cü il fevralın 9-da “İstanbul bazarı” ərazisində müttəhim qisas məqsədi ilə qardaşının adına qeydiyyatda olan odlu silahdan açılan atəşlə 5 nəfərin həyatına təhlükə törətmiş, nəticədə 4 nəfər yerindəcə həlak olmuş, biri isə vaxtında tibbi yardım göstərildiyindən xilas edilmişdir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi fevralın 9-da həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “b” və “l” bəndləri və 19, 109-cu maddəsinin “b” və “l” bəndləri (iki və ya daha çox şəxsə qarşı qəsdən adam öldürmə və adam öldürməyə cəhd) ilə ittiham olunur.

“Məhkəmə təqsirləndirilən şəxsi ittiham üzrə təqsirli bilib və cəzanın forma və tədbiri kimi ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edib”, –  deyə məlumatda qeyd olunur.

 

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Samtredia şəhərində yeni futbol mərkəzi açılıb
Öncəki yazı
Bu qidalarla ürək sağlamlığınızı yaxşılaşdırın