İstanbul Baş Prokurorluğu İsrail hökumətinin 37 üzvü, o cümlədən Baş nazir Benyamin Netanyahunun həbsinə order verib.
Prokurorluğun məlumatına görə, bu şəxslər Qəzzada soyqırım və insanlığa qarşı sistematik cinayətlər törətməkdə ittiham olunurlar.
Netanyahudan əlavə, həbs orderləri həmçinin İsrailin müdafiə naziri İsrael Kats, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, ordu baş komandanı Eyal Zamir və dəniz qüvvələrinin komandanı David Saar Salama barəsində də verilib.
