This is a specific ad

“İstədiklərini, istənilən yerdə baş nazirliyə namizəd göstərə bilərlər. Ən əsası əhalinin əhval-ruhiyyəsi və bu radikallara münasibətidir”.

202

Another advertisement

“İstədiklərini, istənilən yerdə baş nazirliyə namizəd göstərə bilərlər. Ən əsası əhalinin əhval-ruhiyyəsi və bu radikallara münasibətidir”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze mediaya Salome Zurabişvilinin baş nazirliyə namizəd kimi irəli sürülməsi perspektivi ilə bağlı sualı cavablandırarkən bildirib.

Onun fikrincə, Gürcüstan prezidenti və onun ətrafına toplanan müxalifət faktiki olaraq vahid, xaricdən idarə olunan siyasi qüvvəni təmsil edir.

“Onların hamısı birdir, biz onların harada və necə idarə olunduğunu bilirik. Bunun əsas mənası yoxdur. Dünən Şaliko ilə görüşürdülər, bu gün Salome ilə görüşürlər, sabah və ya o biri gün başqası ilə görüşə bilərlər. Heç kim buna diqqət yetirməməlidir”, – deyə Kaxa Kaladze vurğulayıb.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Avropa İttifaqı Şengen zonasına giriş yoxlamalarının yeni sisteminin işə salınmasını təxirə salıb
Öncəki yazı
15 Oktyabr tarixinədək gözlənilən hava durumu