İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində 70 nəfər həlak olub, Reuters anklavdakı sakinlərə və hakimiyyət orqanlarına istinadən xəbər verir.
Xəbər agentliyi yazır ki, hava hücumları İsrail və HƏMAS arasında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın elanından bir neçə saat sonra həyata keçirilib.
Bazar günü qüvvəyə minəcək razılaşma İsrail qoşunlarının Qəzza zolağından tədricən çıxarılması ilə ilkin 6 həftəlik atəşkəs həmçinin, İsrailin saxladığı fələstinli məhbusların azad edilməsi müqabilində Həmas tərəfindən saxlanılan girovların azad edilməsini tələb edir.
İsrailin sazişi qəbul etməsi ölkənin təhlükəsizlik kabineti və hökuməti tərəfindən təsdiqlənməyincə rəsmi sayılmayacaq. Səsvermənin bu gün keçirilməsi nəzərdə tutulmuşdu, lakin İsrail Baş Nazirlik Ofisi bəyanat yayaraq, HƏMAS-ın razılaşmanın müəyyən bəndlərindən son anda geri çəkildiyini və tələblər irəli sürdüyünü bildirib.
Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir: “Vasitəçilər HƏMAS-ın razılaşmanın bütün elementlərini qəbul etdiyi barədə İsrailə məlumat verənə qədər İsrail kabineti toplaşmayacaq”.