This is a specific ad

İsrailin Qəzza ilə bağlı planı ortaya çıxdı

38

Another advertisement

Quru əməliyyatı başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağında qoşun saxlamayacaq, sərhədə yaxın bufer zonası yaradacaq.

QafqazTürk.com xəbər verir ki, bu barədə İsrail rəsmilərindən biri “Tayms of İsrail”ə açıqlamasında deyib.

“Hərbi rəhbərlik HƏMAS-ın onun yaxınlığına hərbi qüvvə toplamasının və İsrailə yenidən hücumunun qarşısını almaq üçün Qəzza ilə sərhəddə müəyyən edilmiş təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, – rəsmi bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Dmanisidə 17 yaşlı yeniyetmə sevdiyi qızın atasını bıçaqlayıb
Öncəki yazı
Dünya Bankı bu mübarizəyə 40 milyard dollar ayırır