This is a specific ad

İsrailin növbəti hədəfi Türkiyə olacaq-Rəcəb Tayyib Ərdoğan

249

Another advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, İsrailin növbəti hədəfi Türkiyə olacaq.

O bildirib ki, İsrailin Fələstin ərazilərindəki və Livandakı hərbi əməliyyatları tezliklə Türkiyəyə də sirayət edə bilər.

“Livandan sonra İsrailin gözünü dikəcəyi yer, bizim vətənimiz olacaq. Nəyin bahasına olursa olsun, Türkiyə İsrailə qarşı durmağa davam edəcək və dünyanı da bu şərəfli mövqeyi tutmağa çağırırıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti gərginliyin artması fonunda Ankaranı neytrallığa çağıranları tənqid edib.

“Biz bütün bölgəni alova bürümək istəyən işğal şəbəkəsi ilə üz-üzəyik. Belə bir qırğın zamanı zərrə qədər vicdanı olan bir kəs səssiz qala bilməz. Hitler dayandırıldığı kimi, Netanyahu da eyni şəkildə dayandırılacaq”, – deyə Ərdoğan bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Balıq ovu ilə məşğul olanların nəzərinə! 120 laridən 6000 lariyədək cərimə və ya 2 ildən 4 ilədək həbs cəzası nəzərdə tutulur
Öncəki yazı
İrandan ABŞ-a xəbərdarlıq