Another advertisement
İsrailin müdafiə naziri Yoav Qalant qoşunların tezliklə Qəzza sektoruna daxil olacağını açıqlayıb.
Bu barədə Qafqaztürk “The Times of Israel”ə istinadən xəbər verir.
“Hələlik Qəzzanı uzaqdan görürsünüz, amma tezliklə onu içəridən görəcəksiniz. Bu əmr gələcək”, – nazir Qəzza sektoru ilə sərhəddəki İsrail hərbi mövqelərinə səfəri zamanı deyib.
Öz növbəsində, İsrail Müdafiə Ordusunun Cənub Hərbi Dairəsinin komandanı general-mayor Yaron Finkelman Qəzza zolağına qurudan hücumun çətin, uzun və gərgin olacağını bildirib.