İsrailin İrana hücumundan sonra dünyada neftin qiyməti 9% artıb.
Bu barədə Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, ən çox qiymət artımı son beş ayda qeydə alınıb. Xam neftin qiymətinin kəskin artmasının səbəblərindən biri də Yaxın Şərqdə tədarük zəncirinin gözlənilən pozulmasıdır.
Məsələn, Brent markalı neftin bir barelinin qiyməti 6,29 dollar artaraq 75,65 dollar olub. West Texas Intermediate markalı neftin qiyməti 74,47 dollar təşkil edib ki, bu da əvvəlkindən 6,43 dollar çoxdur.
Məlumat üçün bildirək ki, İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat çərçivəsində İranın nüvə obyektləri bombalanıb, İranın yüksək rütbəli hərbi rəsmiləri və nüvə proqramı üzərində işləyən fiziklər məhv edilib.