İsrailin İrana hücumu ilə başlayan gərginlik regionun təhlükəsizliyi üçün ciddi riskdir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman sultanı Heysəm bin Tariq bin Teymur əs-Səidlə telefon danışığında deyib.
Onun sözlərinə görə, hücumların nüvə sazişi müzakirələrinin altıncı raundu ərəfəsində baş tutması diqqətçəkən məqamdır.
Ərdoğan qeyd edib ki, nüvə mübahisəsinin həllinin yeganə yolu danışıqlardır.