“İsrailin İrana hücum edəcəyindən xəbərim vardı”- Donald Tramp

50

ABŞ prezidenti Donald Tramp deyib ki, onun İsrailin İrana zərbə endirəcəyi ilə bağlı əvvəlcədən xəbəri olub və bu, onun üçün sürpriz deyil.

Bu barədə Fox News məlumat yayıb.

“İranın nüvə bombası ola bilməz və biz danışıqlar masasına qayıdacağımıza ümid edirik. Baxacağıq. Rəhbərlikdə bəzi insanlar var ki, geri qayıtmayacaqlar”, – Tramp  müsahibəsində deyib.

O, istənilən cavab tədbirini izlədiyini və ABŞ Mərkəzi Komandanlığının yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Donald Tramp deyib ki, İran cavab verərsə, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.

ABŞ prezidenti Donald Tramp Ağ Evin Fövqəladə Hallar Kabinetində İsrailin İrana endirdiyi zərbələri müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

İsrail baş nazirinin ofisi Trampın baş nazir Benyamin Netanyahu ilə telefonla danışdığını bildirib.

Prezident Netanyahuya ABŞ-ın İrana ağlabatan təklif irəli sürdüyünü və yaxın günlərdə cavab gözlədiyini deyib.

 

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
İran İsrailin hücumunu cavabsız qoymadı
Öncəki yazı
İsrail İranı vurdu