Another advertisement
İsrailin İordaniyadakı səfirliyi yaxınlığında baş verən atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Məlumat üçün bildirək ki, silahlı basqınçının özü öldürülüb, polis əməkdaşları isə yaralanıb.
Məlumata görə, Rabia rayonunda silahlı şəxs polis patruluna atəş açıb və cavab atəşi nəticəsində həlak olub.
İordaniya hökumətinin rabitə naziri Mohamed Momani bildirib ki, bu, ölkənin ictimai təhlükəsizlik qüvvələrini hədəf alan terror aktıdır. Onun sözlərinə görə, hücumla bağlı araşdırma aparılır.