İsrailin insanlığa qarşı yeni cinayət törətdiyi açıqlanıb.
QafqazTürk media xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
“İsrail məktəbə sığınan yüzlərlə mülki vətəndaşı fövqəladə vəhşiliklə qətlə yetirməklə insanlığa qarşı yeni cinayət törədib”, – deyə bəyanatda bildirilir.
Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu “atəşkəs danışıqlarına mane olmaq” istəyir.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, onlar Qəzzada “Həmas”ın komanda məntəqəsi kimi istifadə etdiyi məktəbi vurublar. Qəzza zolağının Mülki Müdafiə Agentliyinin verdiyi məlumata görə, İsrailin məktəbə raket hücumu nəticəsində ölənlərin sayı 100-ə çatıb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Mülki Müdafiə Agentliyinin raket hücumu nəticəsində ölənlərin sayı ilə bağlı yaydığı məlumatı təkzib edib və raket hücumu zamanı məktəbdə azı 20 Həmas terrorçusunun olduğunu qeyd edib.