İsrailin hücumu ilə bağlı içində azərbaycanlıların olduğu təyyarə İrəvanə eniş edib

120

İsrailin İrana hücumu ilə əlaqədar içində azərbaycanlıların olduğu təyyarə İrəvanın Zvartnots hava limanına eniş edib.

Məlumat üçün bildirək ki, təyyarə Dubaya gedirmiş.

Ermənistan Mülki Aviasiyasının mətbuat katibi bildirib ki, gecə saat 04:30-dan sonra İranın hava məkanı bağlandığı vaxt İrəvana üç təyyarə enib:

Bunlara daxildir: Minvodı-Dubay, Kazan-Şarja və Belqrad-Dubay. O, təyyarədə azərbaycanlı sərnişinlərin olması ilə bağlı məlumata fikir bildirməyib.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq
Öncəki yazı
İsrailin İrana hücumundan sonra dünyada neftin qiyməti 9% artıb