This is a specific ad

İsrailin “Hizbullah”üçün daha çox “sürprizləri” var

252

Another advertisement

Livanın cənubunda quru əməliyyatları davam edir və İsrailin “Hizbullah” üçün daha çox “sürprizləri” var.

QafqazTürk Media xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalanti bildirib.

“Hizbullah” bir-birinin ardınca çox ağır zərbələr alır. Biz Həsən Nəsrullahı məhv etdik və daha çox sürprizlərimiz var, bəziləri artıq həyata keçirilib, bəziləri isə həyata keçiriləcək”, – deyə İsrailin müdafiə naziri qeyd edib.

Onun sözlərinə görə, “Hizbullah” raket qüvvələri diviziyası ağır zərbə alıb.

“Keyfiyyətli və dəqiq əməliyyat nəticəsində xeyli hissəsi məhv edilib. Komandanlıq və nəzarət qərargahı, rabitə, bütün rəhbərlik (elit Radvan qüvvələrinin) və Nəsrullahdan aşağı olan bütün ikinci və üçüncü komandanlıq səviyyələri məhv edildi”-deyə Yoav Qalant vurğulayıb.

Qeyd edək ki,  İsrail Müdafiə Qüvvələri bu gün bir neçə kənddə əməliyyat keçirir və “Hizbullah”ın fəaliyyət göstərməyi planlaşdırdığı bütün infrastrukturu məhv etmək üçün lazım olan hər yerdə bu proses davam edəcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan bu şərtlər altında Avropa İttifaqına üzv ola bilməz-Bunlar hansı şərtlərdir?
Öncəki yazı
5 Oktyabr tarixinə olan valyuta məzənnəsi açıqlandı