İsrailin hava məkanı bağlı olaraq qalır, digərləri isə…

84

İsrailin hava məkanı bağlı olaraq qalır.

İranın hava məkanı da bağlıdır və mövcud məlumata görə, məhdudiyyət bu gün yerli saatla 15:00-a qədər qüvvədə qalacaq.

İki ölkə arasında yerləşən və cümə günü təhlükəsizlik səbəbilə hava məkanını  müvəqqəti bağlayan İordaniyaya gəlincə, bu gün səhər tezdən o, yenidən açılıb.

Ölkənin Mülki Aviasiyanı Tənzimləmə Komissiyası qərarın “təhlükəsizlik və hava məkanı risklərinin yenidən qiymətləndirilməsindən sonra” qəbul edildiyini bildirib.

Xatırladaq ki, İsrail, İran və İordaniya cümə günü İsrailin İrana hava zərbələri endirməsindən sonra hava məkanını bağlayıb.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində planlaşdırılan reyslər təxirə salınıb
Öncəki yazı
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub, təfərrüatlar…