İsrailin hərbi hücumları nəticəsində Qəzza zolağında azı 17 fələstinli həlak olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Qəzza zolağının Müdafiə Nazirliyi məlumat yayıb.
Fələstinli həkimlərin sözlərinə görə, köçkün ailələrin sığındığı Musa bin Nuseyrin məktəbində aralarında uşaqların da olduğu 8 nəfər ölüb.
İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, hücumun hədəfi məktəb binasında yerləşən komanda mərkəzindən fəaliyyət göstərən HƏMAS döyüşçüləri olub. Onların sözlərinə görə, HƏMAS döyüşçüləri bu yerdən İsrail qüvvələrinə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək üçün istifadə ediblər.
Qəzza rəsmiləri bildiriblər ki, İsrailin hücumları nəticəsində indiyədək 45 mindən çox fələstinlini dünyasını dəyişib və 2,3 milyon əhalinin əksəriyyəti köçkün vəziyyətinə düşüb.