İsraildən Suriyanın prezident sarayı yaxınlığındakı hədəfə hücum

34

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Suriyanın paytaxtı Dəməşqdə prezident sarayının yaxınlığındakı hədəfi vurub.

O, İsrailin druz icmasının üzvlərini qoruyacağını bildirib.

“İsrail dünən axşam Dəməşqdə, prezident sarayının yaxınlığına zərbə endirib. Biz (Suriyanın) qüvvələrinin Dəməşqin cənubunda yerləşməsinə və ya druz icmasına hər hansı təhlükə yaratmasına icazə verməyəcəyik”, – Netanyahu bildirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, zərbə Dəməşqdə Əhməd Hüseyn əl-Şaraa sarayının ətrafındakı bölgəyə endirilib, lakin hədəf dəqiqləşdirilməyib.

Hələlik Suriya hökumətindən heç bir şərh yoxdur.

 

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
May ayında böyük qazanc əldə edəcək 5 bürcü təqdim edirik
Öncəki yazı
2 may tarixinə olan valyuta məzənnəsi bəllidir