This is a specific ad

İsraildə ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd olundu

85

Another advertisement

Azərbaycanın İsraildəki Səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.

Qafqaz Türk xəbər verir ki, Səfirlikdən verilən məlumata görə, tədbirdə İsrailin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, İsrail Prezidentinin və Baş nazirinin ofisinin səlahiyyətli nümayəndələri, İsrail Xarici İşlər Nazirliyinin, habelə digər dövlət qurumlarının əməkdaşları, həmçinin İsraildəki Azərbaycan diasporunun nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Tədbir Azərbaycan və İsrail himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb. Səfir M.Məmmədov ölkəmizin müstəqillik tarixi, habelə keçdiyi mübarizə yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ərdoğan zəlzələ bölgəsində təbii qaz və elektrik enerjisi borclarının silinməsi barədə qərar verdi
Öncəki yazı
İlham Əliyev Rusiyada səfərdədir