Another advertisement
İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə Əl-İslamiyyə) terror təşkilatının hücumu nəticəsində azı 350 nəfər ölüb, 1 864 nəfər yaralanıb.
Qafqaztürk xəbər verir ki, bu barədə ölkənin Qızıl Qalxan Cəmiyyəti məlumat yayıb.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub.
Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.