This is a specific ad

İsraildən Suriyadakı Rusiyaya məxsus aviabazanın yaxınlığına hücum

275

Another advertisement

İsrailin döyüş təyyarələri Suriyadakı Rusiya aviabazasının yaxınlığındakı silah anbarını vurub.

Suriya İnsan Haqları Müşahidə Qrupu, Latakiya çölündə Ceble şəhəri yaxınlığında baş verən hücumda anbarın dağıdıldığını və uzaqdan güclü partlayış səslərinin eşidildiyini açıqlayıb.

Rusiya qüvvələrinin hücuma 40-50 dəqiqə ərzində cavab verdiyi, hücumda ölən və ya yaralanan olmadığı öyrənilib.

Depo Rusiyanın Suriyadakı ən böyük hərbi hava bazası olan Hmeymim aviabazasının yaxınlığında, Latakiya əyalətinin şimal-qərbində yerləşir.

Qeyd edək ki, İranın dəstəklədiyi qruplaşmaların Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi, Latakiyanın Ceble rayonunda da mövcudluğu var.

Hələlik Suriya hökuməti və ya Moskvadan hücumla bağlı heç bir açıqlama verilməyib.

ÜÇ GÜNDƏ ÜÇÜNCÜ HÜCUM

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Bu son hücum İsrailin bu həftə Suriyada həyata keçirdiyi hava hücumları silsiləsində sonuncu olub.

Dünən İsrailin Dəməşqin Mazzeh Western Villas məhəlləsində bir evə endirdiyi hava zərbəsi nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın kürəkəni Həsən Cəfər Kasser də daxil olmaqla iki Livan vətəndaşı həlak olub.

Çərşənbə axşamı İsrailin raket hücumu nəticəsində biri jurnalist də daxil olmaqla 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

İsrail oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirərkən, Livan və Suriyada da hava və quru əməliyyatları həyata keçirir.

İsrail ordusu öz bəyanatında “İran və Livandakı Hizbullaha, adətən Suriya üzərindən göndərilən bütün silah daşınmasını əngəlləyəcəyini” bildirib.

Kateqoriya: Araşdırma, Dünya
Sonrakı yazı
Niyə məhz riyaziyyatçılara Nobel mükafatı verilmir?
Öncəki yazı
Dələduzluq yolu ilə külli miqdarda pul əldə edən 15 nəfərə qarşı ittiham irəli sürülüb