This is a specific ad

İsraildən Qəzzaya girov götürülən insanların ailə üzvləri hökumətlə görüş tələb edir

35

Another advertisement

Qəzza sektoruna İsraildən girov götürülən insanların ailə üzvləri hökumətlə görüş tələb edir.

QafqazTürk.com xəbər verir ki,“BBC”nin yazdığına əsasən, girovların ailə üzvləri dünən gecə həyata keçirilən hücumlar zamanı “Həmas”ın girovları saxladığı yerlərə ziyan vurulub-dağılmadığını maraqlandırır.

“O gecə ən dəhşətli gecə idi. Uzun və yuxusuz bir gecə idi. Əməliyyatın fonunda girovların taleyi ilə bağlı tam qeyri-müəyyənlik içərisindəyik, onlar da hücum nöqtəsində ola bilər. Ailələr izahat gözləyirlər. Hər dəqiqə bir əbədiyyət kimi görünür. Biz hökuməti və Nazirlər Kabinetinin üzvlərini dərhal bizimlə görüşməyə çağırırıq”, – girovların ailə üzvlərinin bəyanatında deyilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Aİ səfiri Gürcüstanın namizəd ölkə statusu məsələsi barədə açıqlama verib
Öncəki yazı
ABŞ-nin Men ştatında kütləvı qırğın törədən şəxs ölü tapıldı