This is a specific ad

İsraildə terror aktı nəticəsində Gürcüstan vətəndaşı həyatını itirib

266

Another advertisement

İsraildə terror aktı nəticəsində Gürcüstan vətəndaşı həyatını itirib.

Qafqaz Türk Media xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi dünən axşam saatlarında İsraildə törədilən terror aktı qurbanlarından birinin Gürcüstan vətəndaşı olduğunu təsdiqləyib.

Cənazənin ölkəyə çatdırılması ilə Gürcüstan Konsulluğu məşğul olur. Gürcüstan Xarici İşlər Nazirliyi mərhumun ailəsinə başsağlığı verib.

Hələlik mərhumun adı rəsmi olaraq açıqlanmır. Onun aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişdiyi məlum olub.

Xatırladırıq ki, Tel-Əvivin cənubunda törədilən terror aktı 7 nəfərin həyatına son qoyub, daha 15 nəfər də yaralanıb. Terrorçuların bələdiyyə müfəttişləri və silahı olan vətəndaşlar tərəfindən məhv edildiyi bildirilir.

Kateqoriya: Cəmiyyət, Cinayət, Dünya
Sonrakı yazı
გერმანიის საელჩოს არ აქვს ინფორმაცია, რომ სალომე ზურაბიშვილმა მათ ქვეყანაში საარჩევნო აგიტაცია აწარმოვა
Öncəki yazı
ევროკავშირი გმობს ირანის თავდასხმას ისრაელზე