İsraildə deportasiya müəssisəsində olan 17 Gürcüstan vətəndaşı Gürcüstana qayıdıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Onların sözlərinə görə, Gürcüstanın İsraildəki səfirliyi yaranmış vəziyyətlə əlaqədar fövqəladə iş rejimində fəaliyyətini davam etdirir. Gürcüstan vətəndaşları üçün qaynar xətt fəaliyyətə başlayıb və indiyədək Gürcüstan səfirliyi 500-dən çox Gürcüstan vətəndaşına məsləhət və lazımi köməklik göstərib.
Gürcüstan tərəfi İsrailin müvafiq xidmətləri ilə sıx əməkdaşlıq edərək, Gürcüstan vətəndaşlarının tezliklə öz vətənlərinə təhlükəsiz qayıtmasını təmin edib.
Maraqlıdır ki, İsraildə olan şəxslər istəsələr həm İsrail-İordaniya sərhəd-keçid məntəqəsi, həm də İsrail-Misir sərhəd-keçid məntəqəsi – TABA vasitəsilə quru yolu ilə ölkəni tərk etmək imkanına malikdirlər.
Quru yolu ilə getmək istəyən vətəndaşın etibarlı Gürcüstan pasportu olmalıdır. Son hadisələr fonunda 1000-ə qədər Gürcüstan vətəndaşı İsraili quru yolu ilə tərk edib”, – məlumatda deyilir.