This is a specific ad

İsrail Xarici İşlər Nazirliyi alman tələbənin ölümünü rəsmən təsdiqlədi 

53

Another advertisement

İsrail Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının tərəfdarları tərəfindən İsraildə qaçırılan tələbə Şani Lukun ölümünü rəsmən təsdiqləyib.

QafqazTürk.com xəbər verir ki,bu barədə nazirliyin “X” səhifəsində dərc olunmuş məlumatda bildirilib.

“Təəssüf hissi ilə bildiririk ki, Almaniya və İsrail vətəndaşlığına malik olan 23 yaşlı Şani Lukun cəsədi aşkar edilib və şəxsiyyəti müəyyənləşdirilib. Şani musiqi festivalından qaçırılıb, işgəncələrə məruz qalıb və ağlasığmaz dəhşətlər yaşayıb. Dualarımız Şaninin ailə üzvləri və dostları ilədir. Xatirəsinə ehtiram ifadə edirik, ruhu şad olsun”, – deyə məlumatda qeyd edilib.

Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə jurnalistlərə açıqlamasında isə bildirib ki, onlar başqa bir şəxsin ölümünü də təsdiqləyəcəklər:

“Əlimizdə olan məlumata görə, biz Almaniya vətəndaşlığı olan başqa bir şəxsin də ölümünü təsdiqləməliyik. Təfərrüat barədə əlavə məlumat verə bilməsək də, anlayış göstərməyinizi xahiş edirik”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Paşinyan Türkiyə ilə sərhədin açılması məsələsindən DANIŞDI
Öncəki yazı
Ümumdünya Səhiyyə Təşkilatı növbəti pandemiya ilə əlaqədar xəbərdarlıq etdi