This is a specific ad

İsrail və HƏMAS arasında atəşkəs, girov və məhbus mübadiləsi davam edir

79

Another advertisement

Təxminən yeddi həftədir davam edən müharibədə cümə günü Qəzzada İsrail və Həmas arasında dörd günlük atəşkəs əldə edilib.

24 girov, o cümlədən 13 israilli qadın və uşaq, cümə günü axşam saatlarında sərbəst buraxılıb. Qətər hökumətinin məlumatına görə, HƏMAS həmçinin griov götürdüyü 10 Tayland vətəndaş və bir filippinlini sərbədt buraxıb.

Bu arada isə İsrail hökuməti saxlanılan və ya həbsdə olan 39 fələstinli qadın və kişi yeniyetməni sərbəst buraxıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən komandalar cümə günü Qəzzada saxlanılan girovların azad edilməsi və transferi və fələstinli məhbusların srəbəst buraxılması və İordan çayının qərb sahilinə təhvil verilməsini asanlaşdırmaq üçün çoxgünlük əməliyyat keçirməyə başlayıb. Əməliyyata Qəzzaya əlavə, çox ehtiyac duyulan humanitar yardımın çatdırılması daxil olacaq,” Beynəlxalq Qırmızı Xaç Komitəsi Qətər-in vasitəçilik etdyi dörd-günlük atəşkəslə bağlı bəyanatında bildirib.

Hazırkı razılığa altında İsrail dörd gün boyunca Qəzzaya hücumlarına fasilə verəcək. Bundan əlavə HƏMAS da öz Telegram kanalında qüvvələrinin hücumlarına fasilə verəcəyini təsdiqləyib.İsrail bildirib ki, HƏMAS hər gün ən azı 10 girov buraxsa, atəşkəs ilkin dörd gündən daha uzun müddət davam edə bilər.

Qətər sözçüsü deyib ki, Doha atəşkəsin dördüncü gününədək Qəzzadan daha çox girovun buraxılmasını təmin etmək üçün başqa razılığa vasitəçilik etməyə ümid edir.

Sərbəst buraxılan girovların müalicəsi

İsrailin ictimai səhiyyə rəsmisi Dr. Hagai Levin deyib ki, bəzi yaşlı girovların şəkərli diabet kimi xroniki xəstəlikləri var. Uşaqlar, demək olar, yeddi həftədir gün işığı görməyib.“Biz bilmirik, biz hazır olmalı, ən yaxşısına ümid etməli və ən pisinə hazırlaşmalıyıq,” Levin deyib.

“Ona görə də biz İsraildə onların ehtiyaclarını qarşılamağa, hazır olmalıyıq, vahid yanaşmamız olmalıdır, girovların bəziləri ağır yaralanıb, ətrafları amputasiya edilib, əlləri və ya ayaqları kəsilib, güllə yaraları var, biz onların müalicə olunub-olunmadıqları və ya necə müalicə olunduqlarını bilmirik.”

İkinci qrup israilli girovların şənbə günü sərbəst buraxılacağı gözlənilir.

Qəzza sakinlərinə yardım

Fələstinlilər üçün atəşkəs İsrailin HƏMAS-a bağlı səhiyyə nazirliyinin dediyinə görə, 14 mindən çox fələstinlinin ölümünə səbəb olan təxminən yeddi həftəlik hava hücumlarına möhlət deməkdir.

Save the Children təşkilatının İordan çayının qərb sahili üzrə direktoru Ceyson Li deyib ki, Qəzzada uşaqlar hədsiz dərəcədə təsirlənib.

“İndi elə bir vəziyyət var ki, hər 10 dəqiqədə bir uşaq öldürülür” Li deyib.

“Yaralanan mülki şəxslərin sayı da artır. 30,000-dən çox mülki şəxs yaralanıb və bu, münaqişənin asimmetriyasından xəbər verir. Demək olar ki, 70 faiz, yəni hər 10 nəfərdən yeddisi qadın və ya uşaqdır.”

İsrail Qəzzaya böyük miqdarda humanitar yardımın çatdırılması icazə verəcəyini bildirib.

Hər iki tərəf mübarizəni davam etdirməyə söz verirİsrail Qəzzanın şimalında döyüşlərdən qaçan sakinlərə evlərinə qayıtmamaq barədə xəbərdarlıq edən vərəqələr atıb, çünki atəşkəs müddəti bitdikdən sonra döyüşlərin yenidən başlayacağı gözlənilir.

HƏMAS-ın silahlı qanadının sözçüsü cümə axşamı İsraillə hərbi əməliyyatları gücləndirməyə çağırıb.İzz əl-Din əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubaida Al Jazeera televiziyasında yayımlanan çıxışında, “Biz İordan çayının qərb sahilində və bütün müqavimət cəbhələrində işğala qarşı qarşıdurmanı gücləndirməyə çağırırıq” deyib.

İsrail ordusu cümə axşamı bildirib ki, son bir gündə HƏMAS-ın 300 hədəfinə, o cümlədən militant qrupun istifadə etdiyi tunellərə, anbarlara və tank əleyhinə mövqelərinə qarşı havadan zərbələr endirib. Ordu sözçüsü deyib ki, qoşunlar dayandırmaq əmri alana qədər əməliyyatlar davam edəcək.

İsrail baş naziri Beynamin Netanyahu HƏMAS-ın gələcəkdə İsrailə hücum edə bilməməsini təmin etməyə söz verib. O, çərşənbə günü mətbuat konfransında deyib ki, atəşkəs rejimindən sonra İsrail ordusu Qəzzadakı kampaniyasını davam etdirəcək.

Mən açıq olmaq istəyirəm. Müharibə davam edir. Müharibə davam edir. Biz məqsədlərimizə çatanadək onu davam etdirəcəyik,” Netanyahu deyib.

İsrail HƏMAS-ı məhv etmək üçün hərbi kampaniyasına ABŞ-ın terror qruplaşması kimi tanıdığı qrupun oktyabrın 7-də İsrailə hücum etməsindən sonra başlayıb.

İsrail həmin gün 1200 insanın öldürüldüyünü və 240-a yaxın girovun Qəzzaya aparıldığını bildirib.Birləşmiş Millətlər Təşkilatı Qəzzada 1,7 milyondan çox insanın, o cümlədən 945,000 nəfərin BMT-nin idarə etdiyi sığınacaqlarda qaldığını bildirib

Kateqoriya: Gündəm
Sonrakı yazı
Rusiya Federasiyası-Gürcüstan yolu bağlanıb
Öncəki yazı
Türkiyə XİN Qəzzada atəşkəsin elan edilməsinə münasibət bildirib