This is a specific ad

İsrail və “İslami Cihad” sülh müqaviləsi imzalamaq barədə razılığa gəliblər

21

Another advertisement

Misir televiziyası “Əl-Qahera News”un məlumatına görə, İsrail və “İslami Cihad” sülh müqaviləsi imzalamaq barədə razılığa gəliblər. Məlumatı Fələstin höküməti də təsdiqləyir.

Məlumatda qeyd edilir ki, Misirin vasitəçiliyi ilə atəşkəslə bağlı razılıq əldə olunub.

“Misir Fələstin və İsrailin razılığına əsasən, Fələstin və İsrail arasında atəşkəs barədə razılığın əldə olunduğunu bəyan edir. Hər iki tərəf atəşkəs şərtlərinə hörmətlə yanaşacaq. Bu isə o deməkdir ki, vətəndaşların məqsədli şəkildə köçürülməsi və ya yaşayış evlərinin dağıdılması sona çatacaq. Atəşkəs qüvvəyə minən kimi xalqa tərəf atəş açmaq cəhdlərinə son qoyulacaq”. Razılaşmanın mətnində qeyd edilir.

İsrail tərəfi hələlik bu məlumatı təsdiqləməyib.

Misirin vasitəçiliyi ilə sülh sazişi üzrə danışıqlar son bir neçə gündür davam edir, lakin bu, qarşıdurmaların aktiv şəkildə davam etməsinə mane olmayıb.

Sonrakı yazı
Türkiyədə seçki günü qadağaları:SİYAHI
Öncəki yazı
G7 ölkələri Rusiyanın enerji daşıyıcılarından istifadəni azaltmağı planlaşdırır