Another advertisement
Çin Dövlət Təhlükəsizlik Nazirliyi İsrail və Fələstin nümayəndələrinin Pekində keçirilən “Bir kəmər, bir yol” III Beynəlxalq Forumunda iştirakından istifadə edərək tərəflər arasında görüş təşkil etməyi planlaşdırır.
QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunur ki, görüşün bu gün, 19 oktyabrda baş tutacağı gözlənilir.
Xatırladaq ki, İsrail və Fələstinin nümayəndələri “Bir kəmər, bir yol” III Beynəlxalq Forumunda iştirak etmək üçün oktyabrın 17-də Çinin paytaxtına gediblər.