İsrail və Fələstin arasında sülhə doğru ilk ADDIM

85

İsrail hökuməti və HƏMAS arasında girovların verilməsi və atəşkəsin olması haqqında razılaşma təsdiqlənib.

QafqazTürk  xəbər verir ki, bu barədə “The Times of Israel” nəşrinin məlumat verir. Məlumata görə, İsrail hökuməti Qəzza zolağında HƏMAS tərəfindən saxlanılan girovların azad olunmasını nəzərdə tutan razılaşmanı təsdiqləyib.

Baş nazirin ofisindən verilən açıqlamaya əsasən, İsrail hökuməti İsrail və HƏMAS arasında əldə olunan sazişi artıq ratifikasiya edib. Razılaşmanın lehinə nazirlər kabinetinin əksər üzvləri, o cümlədən əvvəllər buna qarşı çıxan bəzi nazirlər də səs veriblər. Razılaşmanın hökumət tərəfindən təsdiqlənməsindən 24 saat sonra isə Qəzza zolağında atəşkəs qüvvəyə minəcək.

Bundan əlavə, İsrail ordusu həmin müddət ərzində əvvəlcədən razılaşdırılmış sərhədlərə qədər geri çəkiləcək. Daha sonra, 72 saat ərzində HƏMAS bütün israilli girovları – həm sağ, həm də həlak olan şəxsləri – azad edəcək. Bunun müqabilində İsrail fələstinli məhbusları azadlığa buraxacaq.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda vətəndaşlar üçün qrip əleyhinə vaksinasiya PULSUZ olacaq! – MARNEULİDƏ bu xəstəxanalar müraciət edə bilərsiniz
Öncəki yazı
Gürcüstanda orta aylıq əməkhaqqı artıb