This is a specific ad

İsrail və “Hizbullah” atəşkəs barədə razılığa gəliblər

216

Another advertisement

İsraillə “Hizbullah” arasında atəşkəs razılaşması bu gün yerli vaxtla saat 04:00-dan qüvvəyə minib.

Saziş 60 günlük keçid müddətini nəzərdə tutur, bu müddət ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundan qoşunlarını çıxaracaq, Livan Ordusu Litani çayının cənubuna təxminən 5 min əsgər yerləşdirəcək, Hizbullah qüvvələri Livanın cənubunu tərk edəcək və onun hərbi infrastrukturu söküləcək.

İsrailin baş naziri Benyamin Netanyahunun sözlərinə görə, atəşkəsin müddəti Livanda baş verənlərdən asılıdır. Onun sözlərinə görə, İsrail tam hərbi əməliyyat azadlığını qoruyur və Hizbullah razılaşmanı pozaraq silahlanmağa cəhd etsə, hücuma keçəcək.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Hərbçilərin maaşları daha 10% artacaq
Öncəki yazı
Gürcüstanın yeni prezidenti 5 illik seçiləcək