İsrail Qəzzada “humanitar fasilə” elan edib

16

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında gündəlik olaraq “humanitar fasilə” elan etdiyini açıqlayıb.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

20:00-dək Qəzzanın sıx məskunlaşmış bölgələrində humanitar dəhlizlərin yaradılması məqsədilə hərbi əməliyyatlar dayandırılacaq.

“Bu qərar BMT və beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə qəbul olunub”, – deyə İsrail Müdafiə Qüvvələrinin bəyanatında bildirilir.

Bundan əlavə, İsrail BMT və humanitar yardım təşkilatlarının əhaliyə ərzaq və dərman çatdırması üçün Qəzzada təhlükəsiz marşrutların təmin olunacağını bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Müdafiə Nazirliyində korrupsiya ilə bağlı üç yüksək vəzifəli şəxs həbs edilib
Öncəki yazı
Yunanıstan və Türkiyədə meşə yanğınları davam edir