İsrail polisi işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücum edib. Dövlət Departamenti çoxlu sayda fələstinli mülki vətəndaşın saxlanıldığı müdaxiləni pisləyib.
QafqazTürk xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi bununla əlaqədar olaraq rəsmi bəyanat yayıb.
Bəyanatda, “İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsaya basqın etməsini, Qiblə Məscidinə sığınanlara müdaxilə etməsini və çoxlu sayda fələstinli mülki vətəndaşı həbs etməsini, Hərəmi- Şərifin müqəddəsliyini və tarixi status-kvonu pozmasını qınayırıq”, – sözlərinə yer verilib.
“Hücumlar qəbuledilməzdir”
Mübarək Ramazan ayında Məscidül-Əqsada ibadət edənlərə qarşı edilən bu hücumların heç bir şəkildə məqbul sayılmadığı vurğulanan açıqlamada, “Artıq bölgəyə, xüsusilə də Qəzzaya yayılan gərginlikdən çox narahatıq. İsrail hökumətinin bölgədə gərginliyin daha da artmasına səbəb ola biləcək hər cür təxribatları və hərəkətləri və hücumları dərhal dayandırmalıdır”, – deyə Türkiyə XİN bəyanatında qeyd edilib.