İsrail Qəzzanı tamamilə işğal etmək üçün hücuma keçdi

31

İsrail ordusu Qəzza şəhərini tam işğal etmək məqsədilə genişmiqyaslı quru əməliyyatına start verib.

Qafqazturk.com  Axiosa istinadən xəbər verir ki, bazar ertəsi axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri Qəzzaya kütləvi hava zərbələri endirib, az sonra isə fələstin mediası israilli tankların şəhərə daxil olduğunu bildirib.

Nəşr yazır ki, hücum ABŞ dövlət katibi Marko Rubionun İsrailin baş naziri Benyamin Netanyahu və kabinet üzvləri ilə görüşündən bir neçə saat sonra başlanıb. İsrailli rəsmilərdən ikisi bildirib ki, Rubio Netanyahunu Tramp administrasiyasının əməliyyatı dəstəklədiyi barədə məlumatlandırıb. Lakin Vaşinqton əməliyyatın sürətlə həyata keçirilməsini və qısa zamanda başa çatmasını istəyib

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Milli Ətraf Mühit Agentliyi yaxın günlərdə gözlənilən hava şəraiti barədə xəbərdarlıq edir
Öncəki yazı
16 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur