• 04 Mart 2025 12:14

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İsrail Qəzzaya humanitar yardımın daxil olmasını qadağan edib

ByTürkan Şahverdova

Mar 2, 2025
Another advertisement

BBC xəbər verir ki, İsrail hökuməti “HƏMAS” ilə atəşkəs razılaşmasının birinci mərhələsinin başa çatması səbəbindən Qəzzaya humanitar yardımın daxil olmasını qadağan etdiyini bildirib.

Baş nazir Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, “HƏMAS”hələ də Donald Trampın nümayəndəsi Stiv Whitkoffun təklif etdiyi atəşkəsin müvəqqəti uzadılması təklifini rədd edir.

“Girov razılaşmasının birinci mərhələsinin başa çatması və İsrailin qəbul etməyə razılaşdığı Witkoff planını “HƏMAS”-ın qəbul etməməsi fonunda Baş nazir Netanyahu bu səhərdən etibarən Qəzza zolağına bütün mal və təchizat girişini dayandırmağa qərar verib. İsrail girovlarımızı azad etmədən atəşkəsə imkan verməyəcək. “HƏMAS” bundan imtina etməyə davam edərsə, bunun daha çox nəticələri olacaq”, – Netanyahu açıqlamasında bildirib.

Bundan əvvəl Benyamin Netanyahunun ofisi İsrailin Ramazan və Pasxa bayramlarında Qəzzada müvəqqəti atəşkəslə bağlı ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoffun təklifini qəbul edəcəyini bildirmişdi.

Xatırladaq ki, İsrail və “HƏMAS” arasında yanvarın 19-da qüvvəyə minən atəşkəsin birinci mərhələsi şənbə günü başa çatıb. Razılaşma “HƏMAS” və İsrail arasında 15 aylıq döyüşləri dayandırıb. Birinci mərhələdə Həmas 33 israilli və 5 taylandlı girovu İsrailə təhvil verib, bunun müqabilində İsrail 1900 fələstinli məhbusu azad edib. Qəzzada 24 girovun sağ qaldığı, 39 nəfərin öldüyü təxmin edilir.