İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirməyi planlaşdırır.
Bu barədə ölkənin müdafiə naziri İsrael Katz bildirib.
O, mülki vətəndaşları İsrail Müdafiə Qüvvələrinin əməliyyat keçirəcəyi əraziləri tərk etməyə çağırıb.
“İsrail Müdafiə Qüvvələrinin intensiv hərəkətləri tezliklə Qəzza zolağının əksər hissəsinin digər ərazilərinə də keçəcək və siz döyüş bölgələrindən təxliyə edilməli olacaqsınız”, – Katz qəzzalılara müraciət edib.
Nazir həmçinin fələstinliləri “HƏMAS”-dan qurtulmağa və bütün girovları azad etməyə çağırıb.
“Müharibəyə son qoymağın yeganə yolu budur” deyə İsrael əlavə edib.
Xatırladaq ki, İsrail martın 18-də Qəzza zolağına hava zərbələrini bərpa edib, martın 19-da quru əməliyyatı da bərpa edilib. İsrail hökuməti izah edir ki, məqsədi götürdüyü girovları azad etmək üçün “HƏMAS”- a təzyiqi artırmaqdır.