İsrail prezidenti ABŞ-ın əməliyyatına münasibət bildirib

93

İsrail prezidenti İsaak Hersoq Donald Trampa “bütün azad dünyanın təhlükəsizliyinə xidmət edən cəsur addımına” görə təşəkkür edib.

O, bu barədə X-də yazıb.

“Bu, bəşər tarixinin səhifələrində azadlıq, məsuliyyət və təhlükəsizlik prinsiplərinin zəfər çaldığı bir məqamdır. Terror, şər  və ümid oxu arasında həlledici məqamdır”, – o yazıb.

İsrailin müdafiə naziri həmçinin Donald Tramp və Benyamin Netanyahunu bir gecədə həyata keçirilən tarixi zərbələrə görə tərifləyib.

İsrael  Katz ABŞ prezidentini təbrik edərək, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsini İsrailin əməliyyatını davam etdirmək və İranın nüvə silahına malik olmamasını təmin etmək üçün tədbir kimi qiymətləndirib.

O, ABŞ-İsrail ittifaqının hər zamankindən daha güclü olduğunu bildirib.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
İran İsrailə növbəti dəfə zərbələr endirib
Öncəki yazı
ABŞ İranın nüvə obyektlərinə zərbələr endirib