İsrail Prezidenti İshak Hersoq strateji əlaqələri gücləndirmək məqsədi ilə 30 may Azərbaycana səfər edəcək.
QafqazTürk xəbər verir ki, bu barədə İsrail mətbuatı “The Jerusalem Post” məlumat yayıb.
İki günlük səfər zamanı Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyi və İsrailin müstəqilliyinin 75-ci ildönümü ilə bağlı xüsusi tədbirdə iştirak etməyi planlaşdırır.
Həmçinin, İsrail və Azərbaycan dövlət başçılarının birgə nahar etməsi də nəzərdə tutulub.
Azərbaycana səfər zamanı İsrail Prezidentini daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək.
İsraillə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub, 1993-cü ildə isə İsrail Bakıda səfirlik açıb.
2020-ci ildə İsrailin müsəlman ölkələri ilə münasibətləri normallaşdırmaq siyasətinə başlamasından sonra 2023-cü ilin martında Azərbaycanın Tel-Əvivdə səfirliyi açılıb.
İran mütəmadi olaraq Azərbaycan və İsrail arasında artan diplomatik və hərbi əlaqələrdən öz narazılığını bildirir.