İsrail Müdafiə Qüvvələri İranın nüvə proqramı ilə əlaqəli infrastruktur obyektlərinə zərbələr endirib

96

İsrail Müdafiə Qüvvələri (IDF) İranın paytaxtı Tehranda İranın nüvə proqramı ilə əlaqəli infrastruktur obyektlərinə bir sıra zərbələr endirib.

Hədəflər arasında İran Müdafiə Nazirliyinin qərargahı və Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının olduğu bildirilir.

İDF, “İran rejiminin nüvə silahı əldə etmək səylərini dəstəkləyən və nüvə arxivini gizlətdiyi” digər hədəfləri də vurduğunu bildirib.

Bununla yanaşı, İranın Neft Nazirliyi İsrailin Tehrandakı iki yanacaq anbarını vurduğunu bildirib. Nazirlik bildirib ki, zərbələr Tehranın şimal-qərbindəki Şahran neft anbarlarına və şəhərin cənubundakı su anbarına tuşlanıb.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub, təfərrüatlar…
Öncəki yazı
İsrail-İran münaqişəsi davam edir