Another advertisement
“Hizbullah” İranın etibarlı qüvvəsidir və İslam Respublikası onu gücləndirmək üçün çoxlu maliyyə, silah və insan resursları yatırıb. Lakin biz İranın bu strateji sərvətini məhv etdik!
Qafqaz Türk Media xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari deyib.
“İndi İran bizim sərhədlərimizə yaxın ərazidə strateji sərvətini itirib”, – deyə o, bildirib.
Qeyd edək ki, İsraillə Livan (“Hizbullah”) arasında atəşkəs razılaşması əldə olunub.
Razılaşma artıq qüvvəyə minib.