İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib

58

İsrail Livanın cənubundakı “Hizbullah” hədəflərinə zərbələr endirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri Livandakı hava hücumlarının bu səhər “Hizbullah” tərəfindən İsrailə atılan raketlərə cavab olduğunu bildirib.

İsrail Müdafiə Qüvvələri Livandan Metula şəhərinə doğru atılan 3 raketin vurulduğunu bildirib.

Livan mətbuatının məlumatına görə, İsrailin raket zərbələri nəticəsində iki nəfər həlak olub.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Yanğını söndürmək istəyən şəxs dünyasını dəyişib
Öncəki yazı
Tbilisidə polis narkotik ittihamı ilə 2 nəfəri həbs edib