İsrail Livan və Qəzzaya cavab zərbələri ENDİRDİ 

0

İsrail ordusu HƏMAS silahlı qruplaşmasının Livan ərazisində yerləşən hədəflərinə cavab zərbələri endirib.

QafqazTürk xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Ordu Livanın cənubunda HƏMAS terror təşkilatına məxsus hədəflərə zərbələr endirib. Ordu HƏMAS-ın Livan ərazisindən fəaliyyət göstərməsinə icazə verməyəcək və ərazisindən açılan hər atəşə görə Livan məsuliyyət daşıyacaq”, – rəsmi açıqlamada deyilir.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, Livanın Tir şəhəri yaxınlığında partlayışlar baş verib. 

Qeyd edək ki, aprelin 6-da Livan və Qəzza zolağından İsrail ərazisi atəşə tutulub. Aprelin 7-nə keçən gecə İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə də zərbələr endirib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin “düşmənləri ağır bədəl ödəyəcək”.
Dünən Livandan İsrail ərazisinə 34 raket atılıb. Raketlərdən 25-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu, 5-nin İsrail ərazisinə düşdüyü bildirilib. İsrail hücumun HƏMAS qruplaşması tərəfindən həyata keçirildiyini açıqlayıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Azərbaycandan çıxması tələb olunan iranlı diplomatların ADLARI
Öncəki yazı
Malatya yenə silkələndi