Another advertisement
Ötən həftə İsrailin bombardmanları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketlər istehsal edən və kosmik raketlər buraxan kosmik mərkəzi zədələnib.
QafqazTürk Media xəbər verir ki, “Associated Press” nəşrinin bildirdiyinə görə, peyk görüntülərinin təhlili Tehrandan 370 kilometr şimal-şərqdə yerləşən Semnandakı Şahrud Kosmik Mərkəzində zərərin olduğunu göstərir.
Fotolarda kosmik mərkəzin mərkəzi binasına, ona bitişik bir neçə binaya ziyan dəyib.