“The Times of Israel” xəbər verir ki, İranın İsrailə raket hücumu nəticəsində 8 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb.
Qəzet yazır ki, İranın Bat Yam bölgəsində ballistik raket hücumu nəticəsində biri 8 yaşlı uşaq olmaqla, 4 nəfər həlak olub. Təxminən 20 nəfər hələ də itkin düşüb, axtarış-xilasetmə əməliyyatları davam edir.
Şimaldakı Tamra şəhərinə raket hücumu nəticəsində də 4 nəfər həlak olub.