İsrail Haaqa Məhkəməsinin Benyamin Netanyahu və Yoav Qalant haqqında həbs qərarını şikayət edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi bəyanat yayıb.
Açıqlamaya görə, İsrail Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa) İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında həbs qərarı çıxarmaq qərarını şikayət edib.
Bəyanatda qeyd edilir ki, İsrailin verdiyi şikayət “həbs qərarlarının verilməsinin nə qədər absurd olduğunu və hər hansı faktiki və ya hüquqi əsasın olmadığını təfərrüatı ilə ifşa edir”.
Bəyanatda həmçinin qeyd olunub ki, Haaqa Məhkəməsi İsrailin şikayətini rədd edərsə, o, yalnız “İsrailin ABŞ-dakı dostlarına və dünyada Beynəlxalq Cinayət Məhkəməsinin İsrailə qarşı nə qədər qərəzli olduğunu göstərəcək”.