Another advertisement
İsrail hərbçiləri “İslami-cihad” silahlı qruplaşmasının raket qüvvələrinin rəhbəri Əbu Dekanı və onun müavinini zərərsizləşdirib.
QafqazTürk xəbər verir ki, bu barədə məlumatı “Reuters” nəşri yayıb.
“Zərərsizləşdirmə əməliyyatı Qəzza zolağından atılan raketlərin israilli mülki şəxsi öldürməsindən sonra həyata keçirilib. Bu, son üç gündə “İslami-cihadın” yüksək rütbəli beşinci şəxsinin ölümüdür.” – məlumatda qeyd edilir.
Xatırladaq ki, mayın 9-da səhər saatlarında İsrail hərbi əməliyyata başlamaqla “İslami-cihad”ın üç komandirini öldürüb. Buna cavab olaraq Qəzza zolağından İsrail şəhərlərinə yüzlərlə raket atılıb.