İsrail fələstinli məhbusların azad edilməsinə başlayıb.
“BBC”-nin məlumatına görə, artıq 38 avtobus Qəzza sərhədini keçib.
Razılaşmaya əsasən, İsrail terrorçuluqda ittiham olunan ümumilikdə 250 fələstinli məhbusu azad etməlidir. Onlardan 135 nəfər xaricə deportasiya ediləcək, 14 nəfər isə Şərqi Qüdsdəki evlərinə qayıdacaq. Qalan 100-ə yaxın şəxs isə Ramallaha doğru hərəkət edən avtobuslardadır.
Məhbuslardan əlavə, İsrail Qəzzada saxlanılan təxminən 1700 nəfəri, o cümlədən 22 azyaşlını da azad etməlidir. Razılaşma çərçivəsində İsrail artıq “Həmas” tərəfindən 2023-cü il 7 oktyabrda girov götürülmüş 20 nəfəri geri alıb. Həlak olanların cəsədlərinin təhvil verilməsi isə daha sonra həyata keçiriləcək.