İsrail səfirlikləri bəyan ediblər ki, İsrail bütün dünyada səfirliklərini bağlayır və konsulluq xidmət göstərməyəcək.
“Son hadisələr fonunda İsrailin dünyadakı [diplomatik] nümayəndəlikləri bağlanacaq və konsulluq xidmət göstərməyəcək”, – bəyanatda deyilir.
İsrail həmçinin öz vətəndaşlarına bir sıra təhlükəsizlik tövsiyələri verir:
– İctimai yerlərdə yəhudi və ya İsrail simvollarının nümayişindən çəkinin;
– Sosial mediada məkanınız və ya səyahət planlarınızla bağlı müəyyən edilə bilən təfərrüatları paylaşmaqdan çəkinin;
-İsrail və ya yəhudi icmaları ilə bağlı böyük toplantılardan və ya tədbirlərdən çəkinin;
-Yerli təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edin və düşmənçilik fəaliyyəti ilə qarşılaşdıqda dərhal onların göstərişlərinə əməl edin;
– İctimai yerlərdə xüsusilə diqqətli olun.