This is a specific ad

İsrail diplomatları Türkiyəni 10 gün əvvəl tərk ediblərmiş

40

Another advertisement

İsrailin bütün diplomatları oktyabrın 19-da Türkiyəni tərk edib, ona görə də İsrailin xarici işlər naziri Eli Koenin tabeliyində olanlara çağırışını anlamaq çətindir.

Qafqaztürk xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbəsinə istinadən məlumat yayıb.

“Hazırda Türkiyədə heç bir İsrail diplomatı yoxdur, hamısı oktyabrın 19-da ölkəni tərk edib. Türkiyə Xarici İşlər Nazirliyi oktyabrın 18-də baş verən son hadisələr fonunda səfirlik diplomatlarının ölkəni tərk etmək niyyəti ilə bağlı nota alıb. Adlarını çəkdiyi diplomatlar artıq ölkəni tərk etdiyindən Koenin Türkiyədən qayıtmaq üçün kimə göstəriş verdiyini anlamaq çətindir”, – mənbə bildirib.

Qeyd olunub ki, İsrail diplomatları Türkiyəni hər hansı diplomatik böhrana görə deyil, təhlükəsizlik səbəbi ilə tərk ediblər.

Xatırladaq ki, 28 oktyabr tarixində İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, ölkəsi ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədəki diplomatlarını geri çağırır.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ukraynada daha bir Gürcüstan əsilli döyüşçü həyatını itirib
Öncəki yazı
Rəisi İsrailin “qırmızı xətləri” keçdiyini deyib