“İsrail böyük cinayət törətdi və cəzasını almalıdır”-Xamenei

89

“İsrail böyük səhv etdi və böyük cinayət törətdi, cəzasını almalıdır”.

Bu barədə İranın ali dini lideri Ayətullah Əli Xameneinin X-in hesabında dərc olunan yazısında deyilir.

Xameneinin postunda deyilir: “Sionist düşmən çox böyük səhv etdi, böyük cinayət törətdi; o, cəzalandırılmalıdır və indi də cəzalandırılır”.

Xatırladaq ki, ötən gün ABŞ İranda üç böyük nüvə obyektinə hücum edib. Hücum Fordo, İsfahan və Natanzda həyata keçirilib.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
24 iyun tarixinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
“Georgian Airways” Tel-Əvivə reyslərlə bağlı məlumat yayıb