This is a specific ad

İsrail bir qrup fələstinli məhbusu azad etdi

72

Another advertisement

Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari İsrailin Təl-Əviv və HƏMAS arasında atəşkəsin ilk günündə fələstinli məhbusları azad etdiyini təsdiqləyib.

“Biz razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edildiyini təsdiqləyirik”, – deyə əl-Ansari bildirib.

Daha əvvəl xəbər verildiyi kimi, atəşkəsin şərtlərinə əsasən, ilk gündə 13 israilli girov, qadın və uşaq azad edilib və onlar evlərinə gediblər.

Tərəflər razılaşıblar ki, HƏMAS atəşkəs rejiminin “bir gün – on girov” sxemi üzrə uzadılması müqabilində daha çox insanı azad edə bilər.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Pakistanda ticarət mərkəzində dəhşətli yanğın: 10-dan çox insan öldü
Öncəki yazı
Bu gün İsrail 42 məhbusu, HƏMAS 14 girovu azad edəcək